RU

Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb...

Kamal Umudlu Gənclər Liqasında Çempionlar Yolunun "Ordabası" (Qazaxıstan) və "Dinamo-Minsk" (Belarus) komandaları arasında keçiriləcək ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri qismində həmyerliləri Namik Həsənov və Rəhman İmami yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını qazaxıstanlı ədalət təmsilçisi Saken Bayımbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərindəki "Namıs" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.(oxu.az)

Poliqon.info

Избранный
47
2
poliqon.info

3Источники