RU

Məktəbli avtobusları fəaliyyətə başlayır, lakin…

Məktəbli avtobusu layihəsi bu ildən fəaliyyətə başlayacaq, amma bütün məktəblər üçün olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, zamanla bu avtobusların sayı və istiqaməti artırılacaq.

“Həmin avtobusların qiymətini biz təyin etmirik. Bu bir neçə qurumun birgə qərarıdır. Qiymətin aşağı olmasına, güzəşt edilməsinə çalışırıq. Məqsədimiz yolda maşınların sayı azalsın və uşaqlar birgə rahat, sürətli formada məktəbə gedə bilsinlər”.

Избранный
3
3
konkret.az

5Источники