RU

Bəsti Nəsibova: “Qanunla qadağan olunmuş təltiflər hüquqi məsuliyyət yaradır”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanatla çıxış edərək bildirib ki, bəzi QHT-lərin qanunla qadağan olunmuş şəkildə ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə məlumatlar yayılmaqdadır.

QHT.az verir ki, bu kimi hallar əvvəllər də baş verib və ictimai qınaqla müşayiət olunub. “Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova qeyd edib ki, bir sıra QHT-lərin qanunvericiliyə zidd olaraq orden və medallar təsis etməsi ciddi narahatlıq doğurur:

"Azərbaycan Respublikasının qanunvericiliyi açıq şəkildə göstərir ki, orden və medallar yalnız dövlət tərəfindən verilə bilər. Bu kimi addımlar ictimai etimadı zədələyir, vətəndaşları çaşdırır və hüquqi məsuliyyət yaradır.”

 

Избранный
89
qht.az

1Источники