RU

ChatGPT nin cavabı: Avropada müharibə olacaqmı? Ən təhlükəli və təhlükəsiz ölkələr

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünyanın bir çox bölgəsində gərginlik davam edərkən, Ukrayna, Yaxın Şərq və Asiyada müharibələr sürməkdədir. Bu fonda süni intellektdən Avropada müharibə ehtimalı barədə soruşulub və cavab ictimaiyyətlə paylaşılıb.

Qaynarinfo xəbər verir ki, "ChatGPT-5"in verdiyi proqnoza görə, Avropada klassik mənada genişmiqyaslı quru müharibəsinin baş verməsi, yəni orduların sərhədləri aşaraq mərkəzi Avropada döyüşmələri az ehtimal olunur. Bunun əsas səbəbi NATO üzvlərinə qarşı birbaşa hücumun alyansın kollektiv müdafiə mexanizmini işə salması və təcavüzkar üçün çox ağır nəticələr doğurmasıdır.

Bununla belə, süni intellekt hesab edir ki, hibrid hücumlar - pilotsuz uçuş aparatları və raketlərlə kritik infrastrukturun hədəfə alınması, kiberhücumlar, diversiyalar və hərbi obyektlərə zərbələr - real təhlükə olaraq qalır. Məqsəd isə ərazilərin işğalı deyil, ictimaiyyətin ruhdan salınması və sabotajdır.

Ən riskli ölkələr

Proqnoza görə, Avropada müharibə riskinə ən çox məruz qala biləcək ərazilər bunlardır:

* Polşa, xüsusilə şərq və mərkəz bölgələri;

* Baltik ölkələri - Litva, Latviya, Estoniya.

Bundan başqa, böyük logistika və enerji mərkəzləri, Baltik dənizi limanları, həmçinin Avropanın mərkəzi və qərbində qaz və elektrik infrastruktur obyektləri də hədəfə çevrilə bilər. Silah anbarları, hərbi bazalar və silah təchizatında fəal rol oynayan ölkələrin aeroportları da risk altında göstərilir.

Ən təhlükəsiz ölkələr

Süni intellektə görə, daha təhlükəsiz bölgələr coğrafi baxımdan uzaqda və ya neytral statusda olan ölkələrdir:

* İslandiya, İrlandiya, Portuqaliya kimi ada və kənarda yerləşən dövlətlər;

* İsveçrə kimi neytral mövqedə olan ölkələr.

Həmçinin Qərbi və Cənubi Avropanın döyüş teatrından uzaq qalan dövlətləri də daha az riskli hesab olunur. Lakin süni intellekt vurğulayır ki, kütləvi münaqişə ssenarisində heç bir ölkə yüzfaizlik təhlükəsizlik təminatı əldə edə bilməz.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
qaynarinfo.az

1Источники