RU

Naxçıvanda əsas kapitala 122 milyon 629 min manat vəsait yönəldilib

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 122 milyon 629 min 300 manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, bir il öncəki göstəricidən 42,4 faiz çoxdur.

Vəsaitin 30 milyon 928 min manatı və ya 25,2 faizi məhsul istehsalı sahələrinə, 36 milyon 960 min 300 manatı və ya 30,2 faizi xidmət sahələrinə, 54 milyon 741 min manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 91 milyon 650 min 800 manatı və ya 74,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz çoxdur.

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 904 milyon manatı ötüb

Həmçinin cari ilin yanvar-avqust aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 904 milyon 101 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Ticarət şəbəkəsində 464 milyon 708 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 439 milyon 393 min 100 manatlıq qeyri-qida məhsulları satılıb.

Избранный
26
1
azertag.az

2Источники