RU

Gümrü merinin oğlu saxlanılıb

Gümrü meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, S.Qukasyan sentyabrın 1-i səhər saatlarında hədə-qorxu ilə tələb etməklə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Qeyd olunub ki, o, Şirak vilayətinin polis şöbəsinə aparılıb.

İstintaq davam edir.

KİV S.Qukasyanın saxlanılmasını Ermənistanın hazırkı hakimiyyətinə müxalifətdə olan atasına təzyiq vasitəsi kimi qiymətləndirir.

Həmçinin ehtimal olunur ki, S.Qukasyanın saxlanılması Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısı, 2025-ci ilin iyun ayında həbs edilmiş arxiyepiskop Mikael Acapaxyanın məhkəmə iclasında iştirakı ilə bağlı ola bilər.

"Cebheinfo.az" 

Избранный
8
2
cebheinfo.az

3Источники