RU

Şahin Mustafayev Sünikə gedib, Qriqoryan isə Zəngilana gəlib

Sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, delimitasiya komissiyalarının işi çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Sünik və Zəngəlanda olublar.

Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat verib .

"İki ölkənin nümayəndə heyətləri sərhədyanı rayonlara - Sünik rayonunun cənub hissələrinə və Zəngəlan bölgəsinə səfər ediblər", - məlumatda deyilir.

Избранный
29
publika.az

1Источники