RU

Nazir bağçalardakı zorakılıqdan danışdı

"Bağçalarda uşaqlara qarşı zorakılıq qəbuledilməzdir. Bu halla qarşılaşan valideynlər hüquq- mühafizə orqanlarına müraciət etməlidir".

Manset.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, hər hansısa bağça da zorakılıq tətbiq edilməsi ilə bağlı iddia təsdiqini taparsa, həmin müəsissəyə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya əlindən alına bilər.

"Bu məsələdə valideynlərin proseslərin ardıcıllığını və hüquqlarını bilməsi vacibdir", -deyə nazir bildirib.

Qeyd edək ki, "Predu” uşaq bağçasında tərbiyəçinin azyaşlıya qarşı kobud rəftarı ilə bağlı video paylaşılıb.

Hadisənin bağçanın paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyi deyilir.
Məlumata görə, görüntüləri paylaşan vətəndaş bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, – deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Избранный
5
1
manset.az

2Источники