RU

“Bayern“in Yamalı transfer planı niyə baş tutmayıb? 2 il sonra sirr açıldı

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bayern” 2022-ci ildə “Barselona”nın gənclər komandasında çıxış edən Lamin Yamalı transfer etməyə çox yaxın olub.

Moderator.az xəbər verir ki, bu barədə "Bild"in jurnalisti Kristian Falk özünün “Transfer Insider” kitabında yazıb.

Məlumata görə, həmin vaxt Münhen klubunun idman direktoru Həsən Salihamidjiç və texniki direktor Marko Nepp İspaniya futbolçusunu təmsil edən İvan de la Penya ilə Madriddə gizli görüşlər keçirib. Həmin vaxt Yamalın cəmi 14 yaşı var idi.

“Bayern” futbolçunun ailəsini Almaniyaya köçürməyi, onun 16 yaşının tamam olmasını gözləməyi və transfer üçün təxminən 5 milyon avro ödəməyi planlaşdırırdı. Ancaq sövdələşmə son mərhələdə baş tutmayıb. Buna səbəb, işə agent Jorje Mendeşin qarışması və de la Penyanı əvəz etməsi olub.

Qeyd edək ki, Yamal 15 yaş 9 aylığında “Barselona”nın əsas komandasında debüt edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
moderator.az

3Источники