Gəncədə asvalt örtüyü döşəyən iri tonnajlı avtomobil "Opel" markalı avtomobilin üzərinə aşıb.
Turkustan.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətaiprospektində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və digərləri aidiyyatı üzrə cəlb olunub.
Məlumat üçün bildirək ki, həmin ərazidə yola asfalt örtüyü çəkilir.
Faktla bağlı araşdırma başlanılıb.