RU

Müəllimlərin işə qəbul sistemi dəyişməlidir - Nazir

Müəllimlərin işə qəbul sistemi dəyişməlidir.
Sherg.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində jurnalstərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu müsahibə əsasında olmalıdır, test, kompüter arxasında deyil.

"Amma bizim cəmiyyət müsahibəyə inanmır, çünki "kiminsə tanışıdır deyə işə götürürlər" düşünürlər. Buna görə biz imtahanları kompüter yolu ilə götürməyə məcburuq. İnsanlar insana yox, kompüterə etibar edirlər. Biz korrupsiyanın qarşısını almağa çalışırıq", - nazir əlavə edib.
Избранный
34
1
sherg.az

2Источники