RU

Fransada 34 polis əməkdaşı xəsarət alıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

“Hər şeyi bloklayın” şüarı altında hökumətin siyasətinə qarşı keçirilən nümayişlər Fransada 200 minə yaxın insanı cəlb edib.

AZƏRTAC xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, sentyabrın 10-da keçirilən etiraz aksiyaları günü bütün ölkə üzrə 675 nəfər, o cümlədən Parisdə 280 nəfər həbs edilib, 549 nəfər isə nəzarətə götürülüb.

Nəticədə 34 polis əməkdaşı - 19 milli polis, 14 Paris polis idarəsinin əməkdaşı və 1 jandarm yüngül xəsarət alıb.

Fransanın daxili işlər naziri Bruno Retayo sentyabrın 10-da axşam keçirdiyi mətbuat konfransında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə boyu müxtəlif obyektlərin, o cümlədən yol qovşaqlarının və anbarların “blokadasını açmaq” üçün 50-yə yaxın əməliyyat keçirməyə nail olublar. Onun fikrincə, hakimiyyət “ölkəni bloklamaq istəyənlərin uğursuzluğa düçar olmasına nail ola bilib”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
6
azertag.az

7Источники