RU

"Fənərbağça"nın Avropa Liqasını qazanmaq şansı nə qədərdir?

“Opta” superkompüteri 2025/26 mövsümündə Avropa Liqasının qalibini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, turnirin qalibi olma ehtimalı ən yüksək olan komanda İngiltərənin “Aston Villa”sıdır – 21,6%. İkinci pillədə İtaliyanın “Roma” klubu (12,8%), üçüncü yerdə isə “Nottingham Forest” (11,3%) qərarlaşıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” isə 11-ci sırada yer alıb. İstanbul klubunun Avropa Liqasında qalib olmaq şansı 2,1%-dir.

Ən az şans isə “Utrecht”də (0,5%) və Zaqreb “Dinamo”sunda (0,8%) qiymətləndirilib.

Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 24-də, final matçı isə may 20-də İstanbulda, “Beşiktaş” stadionunda oynanacaq.

Избранный
41
publika.az

1Источники