RU

Alla Puqaçova: Putin mənim üçün kumir idi, indi isə başqa insandır

Rusiyanın Xalq artisti Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk etməsi, hazırkı hakimiyyətə münasibəti barədə danışıb.

Ölkə.az xəbər verir ki, Puqaçova bu barədə Katerina Qordeyeva ilə müsahibəsində danışıb.

Sənətçi ölkədən getməsinə toxunaraq ölkənin ona “xəyanət etdiyini” qeyd edib.

“Mən necə vətən xainiyəm? Deyirlər ki, guya qaçmışam. Elə bil ki, uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirib. Halbuki mən oxumuşam, işləmişəm — bunu heç kim hesaba almır. İnsan özünə qarşı haqsızlıq və təhqir görəndə getmək haqqına malikdir. Mən çoxdan demişdim ki, yalnız bir halda ölkəni tərk edə bilərəm, əgər o, məni satsaydı. O, məni satdı. Amma milyonlarla pərəstişkarım məni satmadı”, - deyə Puqaçova vurğulayıb.

O, Vladimir Putin haqda da danışıb:

“Mən uzun müddət düşündüm — axı Putin ağılsız insan deyil. Mən onu tanıyıram. Mən ona səs vermişdim, çox sevinc içində idim: nəhayət! O vaxt çox düzgün sözlər deyirdi. Hətta Ukrayna haqqında belə. Mənim düşündüklərimi danışırdı. O mənim üçün sadəcə kumir idi. İndi isə bu, mənim üçün şokdur”.

Puqaçova əlavə edib ki, əvvəllər dostluq münasibəti olduğu Dmitri Medvedev də indi tamam başqa insana çevrilib:

“Dima xoşuma gəlirdi, dostluq edirdik. Amma bu gün o, tamam başqa insandır, mən onu tanımıram. Eləcə də Vladimir Vladimiroviçdən (Putindən) belə bir dəyişikliyi gözləmirdim. Sadəcə başqa insanlardır”.

Müğənni müharibə barədə də fikirlərini bölüşüb:

“Müharibənin məqsədləri mənim üçün önəmlidir. Əgər söhbət doğma yurdu qorumaqdan gedirsə, mən birinci qaçıb gedərəm, hətta qoltuq ağacı ilə. Amma nə baş verdiyini anlamadığım halda və ya baş verənləri anlayanda da bu, dəhşətlidir. İnsanlar ölür, həm bizimkilər, həm də digər ölkənin insanları. Bu, dözülməzdir”.

Həmidə İbrahimova

Избранный
21
3
olke.az

4Источники