RU

AİB Bakıda su infrastrukturunun inkişafının davam etdirilməsinin vacibliyini qeyd edib

Bakı. Trend:

Bakı üçün su infrastrukturunun inkişafını davam etdirməkxüsusilə önəmlidir.

Trend xəbər verirki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoruSunniya Durrani-Camal Bakıda keçirilən Beynəlxalq Su TəsərrüfatıSərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Sustrategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” mövzulu panelmüzakirələrində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, paytaxt üçün prioritet istiqamətlər suhövzələrinin qorunması və idarə olunması, həmçinin ənənəviinfrastrukturun – suvarma və drenaj sistemlərinin bərpasıdır.

Durrani-Camal vurğulayıb ki, iqlim dəyişikliyi həm su sektorunainvestisiyalar üçün təhdidlər, həm də imkanlar yaradır.Perspektivli istiqamətlər arasında o, məlumat və texnologiyalardanistifadəni – su resurslarının sensor və peyk monitorinqindən tutmuşsənaye və ev təsərrüfatlarında suyun səmərəli istifadəsi üçünağıllı sayğaclara, eləcə də, proqnozlaşdırma və rəqəmsalmodelləşdirmə üçün süni intellektin tətbiqini qeyd edib.

O, həmçinin, təbii həllərin, məsələn, meşələrin bərpası və suhövzələrinin idarə olunmasının əhəmiyyətini vurğulayıb. Butədbirlər həm dövlətlər, həm də yerli icmalar üçün nisbətən ucuz vəsəmərəli ola bilər, suyun istifadəsini və qorunub-saxlanılmasınıyaxşılaşdıra bilər.

Məqalədə:
Избранный
66
az.trend.az

1Источники