Bakı. Trend:
“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə “Masdar” Şirkətininlayihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyinümayəndə heyəti arasında görüş olub.
Bu barədə Trend-ə “AzərEnerji” dən məlumat verilib.
Bildirilib ki, görüşdə ümumi qoyuluş gücü 1000 MVt olan günəş vəkülək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ)layihələri ilə əlaqədar müzakirələr aparılıb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərhaqda da fikir mübadiləsi edilib.