RU

Balidə təbii fəlakətlər nəticəsində 14 nəfər ölüb

Bali adasında (İndoneziya) təbii fəlakətlər nəticəsində 14 nəfər həlak olub.

Ölkə.az xəbər verir ki, bu barədə "Jakarta Globe" məlumat yayıb.

Ölənlərdən biri vətəndaşlığı hələ müəyyən edilməmiş əcnəbi qadındır.

Həmçinin iki nəfərin itkin düşdüyü bildirilir.

Axtarış işləri davam edir. Təxminən 600 xilasedici, əsgər və polis zərər çəkmiş ərazilərdə işləyir.

Qeyd edək ki, bazar ertəsi başlayan güclü yağışlar Bali adasının doqquz rayon və şəhərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Избранный
15
olke.az

1Источники