RU

Sənət adamları bu klublara azarkeşlik edirlər SİYAHI

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol yalnız stadionlarda oynanan bir idman deyil, həm də insanların kimliyinə, düşüncəsinə, gündəlik həyatına təsir edən mədəniyyət hadisəsidir. Sevimli klublarına bağlılıq göstərən sənət adamları da bu məhəbbəti gizlətməyib. Onların futbol sevgisi çox vaxt yaradıcılıqlarında və ictimai fəaliyyətlərində də hiss olunub.

Lent.az sənət adamlarının hansı futbol klubuna azarkeşlik etdiyini araşdırıb.

Bəhram Bağırzadə – Azərbaycanın sevilən aktyoru və karikaturaçısı “Neftçi”nin ən məşhur azarkeşlərindən biridir. Futbol sevgisini tez-tez tamaşaçılarla paylaşır.

Çingiz Abdullayev – xalq yazıçısı, təkcə “Neftçi” azarkeşi olmayıb, klub rəhbərliyində də çalışaraq komandanın inkişafına töhfə verib.

Niyaməddin Musayev – Tərzi və ifası ilə həmişə fərqlənən Xalq artisti yerli klublarda “Qarabağ” azarkeşidir.  Dünya klublarından isə “Berselona”ya simpatiyası var. Ən sevdiyi futbolçu isə Messidir.

Eldar Mansurov – “Bayatı” ilə tanınan bəstəkar “Neftçi”nin oyunlarını hər zaman izləyib.

Qulu Ağsəs – şair. “Qarabağ” azarkeşidir. Bu sevgi həm də onun Qarabağda – Ağdamda doğulub-böyüməsindən qaynaqlanır.

Bəşir Səfəroğlu – səhnənin sevimli aktyoru idi, “Neftçi” azarkeşliyini isə yaxın çevrəsi yaxşı bilirdi.

Lütfəli Abdullayev – böyük aktyor, gülüş ustası, həm də “Neftçi” azarkeşi idi.

Mənsum İbrahimov – Xalq artisti, muğam ifaçısı “Real Madrid”, PSG-nin oyunlarını izləməkdən zövq alır. Onların oyunlarına baxdığı zaman sanki, tamaşaya baxır və istirahət edir. Özü isə “Qalatasaray” və “Qarabağ” azarkeşidir.

 

Qara Qarayev – dünya şöhrətli bəstəkar “Neftçi”ni sevir, bu klubun oyunlarını həmişə maraqla izləyirdi.

Fikrət Əmirov – Azərbaycan musiqisinin korifeyi idi, futbol sevgisində isə qəlbi “Neftçi” üçün döyünürdü.

Mübariz  Tağıyev – Xalq artisti gənclik illərində “Neftçi” azarkeşi olub. Son zamanlar isə futbol izləməyə vaxt ayıra bilmir.

Əlikram Bayramov -  “Qarabağ”a azarkeşlik edir. Sənətçi bildirib ki, ən sevdiyi komandadır: “Oyunlarına da getmişəm. Mən illərdir, futbol azarkeşiyəm”.

Niyazi – maestro dirijor, “Neftçi”ni dəstəkləyən incəsənət adamlarından biri kimi tarixə düşüb.

Anar Nağılbaz – Azərbaycan repinin banisi, gənclərin sevimlisi. O da sadiq “Neftçi” azarkeşi idi.

Aqil Abbas – yazıçı və ictimai xadim. “Qarabağ” klubunun qatı azarkeşidir və bunu dəfələrlə müsahibələrində xüsusi vurğulayıb.

Qismət Rüstəmov – şair, tərcüməçi.  Qalatasaray sevgisi ilə tanınır. Bildirdiyinə görə, şair 1996-cı ildən “Cimbom” azarkeşidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
lent.az

1Источники