RU

Qeyri-yaşayış sahələri müsabiqə vasitəsilə icarəyə veriləcək

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Obyektlərin aylıq icarə qiyməti 8 min manatla 212 min manat arasında dəyişir. SİA Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hazırkı müsabiqəyə çıxarılan 4 obyekt Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqənin yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 2025-ci il oktyabrın 3-dək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

Избранный
11
8
sia.az

10Источники