RU

“Masdar” şirkəti ilə gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə “Masdar” şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, görüşdə ümumi qoyuluş gücü 1000 meqavat olan Günəş və külək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda da fikir mübadiləsi edilib.

Избранный
22
13
azertag.az

10Источники