RU

Telepatiya reallığa çevrilir? ABŞ da səssiz ünsiyyət texnologiyası hazırlanıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da fəaliyyət göstərən texnoloji startap "Alterego" telepatiya konsepsiyasına yaxın bir geyilə bilən cihaz – “Silent Sense” üzərində çalışdığını elan edib.

Bizimyol.info xəbər verir ki, şirkətin verdiyi məlumata görə, bu texnologiya, insan beyninin danışıq orqanlarına sözlər deyilməmişdən əvvəl göndərdiyi sinir-əzələ siqnalları analiz edərək istifadəçiyə səssiz şəkildə ünsiyyət qurmağa imkan verir.

Mütəxəssislər bu texnologiyanı, xüsusilə danışmaq qabiliyyətini itirmiş şəxslər üçün alternativ ünsiyyət vasitəsi kimi dəyərləndirir. “Silent Sense” cihazı, invaziv beyin implantlarına nisbətən daha təhlükəsiz və əlçatan bir həll kimi təqdim olunur.

"Alterego" şirkəti cihazın aşağıdakı funksiyaları yerinə yetirdiyini bildirir:

Səssiz şəkildə əmr vermə və ünsiyyətDüşüncə sürətində mətn yazmaqNitq imkanlarını itirən şəxslər üçün dəstəkReal vaxtda dil tərcüməsiMəxfiliyi qoruyaraq şəxsi ünsiyyət imkanı

Xüsusilə "ani tərcümə funksiyası" ilə bağlı yayımlanan təqdimat videosunda, ingilis dilində səsləndirilən cümlələrin real zamanda başqa dilə çevrildiyi göstərilir. Bu, texnologiyanın gələcəkdə dil baryerlərini aradan qaldıra biləcəyi ehtimalını gündəmə gətirir.

Bununla belə, texnologiyanın hələ prototip mərhələsində olduğu bildirilir. Mövcud versiyanın kabellərlə işlədiyi qeyd olunur. Şirkət hələ ki, məhsulun tam vizual görüntülərini ictimaiyyətlə paylaşmayıb, bu səbəbdən cihazın iddia edilən funksionallığı müstəqil testlərlə təsdiqlənməyib.

Gizliliklə bağlı narahatlıqlara da münasibət bildirən “Alterego”  “Silent Sense” cihazının xam düşüncələri oxumadığını, yalnız danışıq siqnallarını təhlil etdiyini xüsusi vurğulayır.

Hazırda bu texnologiya reallaşmağa yaxın bir konsept kimi dəyərləndirilsə də, satışa çıxarılmadan əvvəl mütəqil ekspert rəyinə və real istifadəçi təcrübələrinə əsaslanan testlərdən keçməsi vacib sayılır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
icma.az

1Источники