RU

Simonyan: “Azərbaycanlılar və ermənilər ticarət aparacaqlar”

AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu zərurətin qaçılmaz olduğunu deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla ermənilər arasında düşmənçilik vaxt ötdükcə keçib gedəcək.

“Biz qonşuyuq və bu düşmənçilik də zaman keçdikcə aradan qalxacaq. Ermənilər və azərbaycanlılar Moskvada birlikdə bizneslə məşğul olurlar, dostdurlar və ad günlərində bir-birlərinə baş çəkirlər, başqa ölkələrdə də belədir”, - siyasətçi vurğulayıb.

Simonyan deyib ki, gərginlik var. Həm ermənilər tərəfində, həm də azərbaycanlılartərəfində yaralar hələ təzədir.

- Məgər biz insanları öldürməmişikmi, Azərbaycan tərəfdən insanlar ölməyibmi?Fikrimcə, bu həssaslıq hər iki tərəfdə var. Lakin prioritet və vacib olan məsələ kommunikasiyaların mümkün qədər tez açılmasıdır”,- Alen Simonyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
9
1
azvision.az

2Источники