RU

Dövlət obyektləri icarəyə verilir - Siyahı

Dövlət

Əmlak Məsələləri Dövlət Xidməti qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarıb.

Reyting.az
xəbər verir ki, obyektlər Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir.

Obyektlərin aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Məlumata görə, icarəyə təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür: My Webpage
Избранный
17
6
reyting.az

10Источники