RU

2027-ci il Çempionlar Liqası finalına bu stadion ev sahibliyi edəcək

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının 2026/27 mövsümünün finalının keçiriləcəyi stadion müəyyənləşib.

QOL.az xəbr verir ki, bu barədə COPE məlumat yayıb.

Avropanın ən nüfuzlu klub turnirinin 2027-ci ildəki həlledici matçına “Atletiko”nun ev oyunlarını keçirdiyi “Vanda Metropolitano” ev sahibliyi edəcək.

UEFA-nın yaxında bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə adıçəkilən stadionda artıq Çempionlar Liqasının finalı oynanılıb. O zaman "Liverpul" "Tottenhem"ə qalib gələrək (2:0) titulu qazanıb.

Xatırladaq ki, 2026-cı ildə Budapeştdə yerləşən “Puşkaş Arena” Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Избранный
40
teleqraf.com

1Источники