RU

Danimarka Qrenlandiyada 354 qadın və qızı məcburi kontrasepsiyaya məruz qoyub

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Danimarka hökuməti 1960-1970-ci illərdə Qrenlandiyadakı qadın və qızları kontraseptivlərdən istifadə etməyə məcbur edib. 

Qaynarinfo xəbər verir ki, bunu "Associated Press "(AP) müstəqil bir araşdırmaya istinadən yazıəb.

Hesabatda qeyd olunur ki, 350-dən çox yerli əhali nümayəndəsi öz razılıqları olmadan daxili spiral qoyulması və ya hormonal dərmanların verilməsi halları barədə məlumat verib.

AP qeyd edir ki, qurbanlar baş verənlərlə əlaqədar ağır emosional əzablarla üzləşiblər.

Tədqiqatçıların məlumatına görə, ümumilikdə 4000-dən çox qadın və qıza spiral qoyulub. Bu, o dövrdə Qrenlandiyada doğuş yaşındakı qadınların demək olar yarısıdır.

Nəşrdə iddia olunur ki, proqramın rəsmi məqsədi yaşayış şəraitinin yaxşılaşması səbəbindən sürətlə artan ada əhalisinin artımının məhdudlaşdırılmasıolub.

Avqust ayında Danimarka baş naziri Mette Frederiksen 1960-cı illərdə həyata keçirilən məcburi kontrasepsiya səbəbilə Qrenlandiya sakinlərindən üzr istəyib. O, həmin dövrdəki səlahiyyətlilərin hərəkətlərini "xəyanət" adlandırıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
qaynarinfo.az

1Источники