RU

"Azərbaycan üçün gələcək təhlükələrin qarşısını almaq vacibdir" - Erməni spiker


Azərbaycanlıların öz yaraları var, Azərbaycanda hesab edirlər ki, mən demirəm ki, bu düzgündür, ya yox, amma orada hesab edirlər ki, Ermənistan 30 il ərzində onların ölkələrinin ərazisinin 20 faizini işğal altında saxlayıb.

APA “news.am”a istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Aydındır ki, Azərbaycan üçün hər hansı gələcək təhlükənin qarşısını almaq vacibdir”, - Simonyan qeyd edib.

Simonyan bildirib ki, ermənilərin əksəriyyəti Azərbaycan sərhədçisini görmək istəmir, bu, pisdir, çünki biz qonşuyuq və zaman keçdikcə bu da aradan qalxacaq.

“Ermənilər və azərbaycanlılar Moskvada birlikdə bizneslə məşğul olurlar, dostluq edirlər və bir-birlərinin ad gününə gedirlər, digər ölkələrdə də belədir”, - erməni spiker qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir: “Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan mal bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Ermənistan malları isə Bakı və digər şəhərlərin mağazalarında olacaq. Bu, qaçılmazdır”.

Избранный
8
9
baki-xeber.com

10Источники