RU

İndoneziyada sel və torpaq sürüşmələri can aldı

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bali adasında və Şərqi Nusa Tengqara əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 20 nəfər ölüb, 6 nəfər itkin düşüb.

AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, sentyabrın 8-də başlayan güclü yağışlar Bali adasında və Şərqi Nusa Tengqara əyalətində sel və torpaq sürüşməsinə səbəb olub.

Daşqın və sürüşmə nəticəsində 20 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Səlahiyyətlilər, sel sularının çəkilməsindən sonra qrupların fəlakətlərdə itkin düşdüyü bildirilən 6 nəfər üçün çaylarda və kəndlərdə axtarış-xilasetmə işlərinə başladığını bildirdi.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muhari bildirib ki, yağışlardan sonra daşqın çaylar Bali adasında 9 şəhər və rayona ziyan vurub. Ən azı 120 məhəllə çay sularının artması nəticəsində su altında qalıb və bir çox ərazilərdə sürüşmələr başlayıb.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto mətbuat konfransında Bali adasında daşqın təhlükəsinin sona çatdığını bildirib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
azxeber.com

4Источники