RU

Qırğızıstan və Özbəkistan sərhədində elektron növbə idarəçiliyi tətbiq edilib

Qırğızıstan-Özbəkistan sərhədindəki “Dostuk” keçid məntəqəsində elektron növbə sistemi işə salınıb. 

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər sərhədi keçmək üçün vaxtın və xərclərin azaldılmasına, inzibati maneələrin minimuma endirilməsinə və malların sərbəst hərəkəti üçün şəraitin yaradılmasına yönəlib ki, bu da ticarət axınının artmasına töhfə verir və iqtisadi inkişafı stimullaşdırır.

Nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsinin elektron sistemi prosedurları sadələşdirəcək, biznes və daşıyıcıların xərclərini azaldacaq, ticarət proseslərinin şəffaflığını və səmərəliliyini artıracaq.


Şəfa Hüseynli

Избранный
33
operativmedia.az

1Источники