RU

Abramoviçin iddiası məhkəmə tərəfindən rədd edildi

“Çelsi”nin sabiq sahibi Roman Abramoviç Avropa İttifaqı (Aİ) ilə sanksiyalar mübarizəsində uğur qazana bilməyib.

Sportinfo.az “Politico” nəşrinə istinadən xəbər verir ki, rusiyalı milyarder 2022-ci ildən etibarən Aİ-nin sanksiya siyahısına daxil edilib.

Avropa rəsmiləri Abramoviçin sərvətini Rusiyanın prezidenti Vladimir Putinlə yaxın əlaqələr hesabına topladığını iddia edirlər.

Abramoviç isə bu qərarla razılaşmayaraq Avropa İttifaqının Ali Məhkəməsinə müraciət edib.

O, aktivlərinin dondurulmasının və Avropaya giriş qadağasının ləğvini, həmçinin, nüfuzuna vurulan ziyana görə kompensasiya tələb edib.

Ancaq məhkəmə Abramoviçin iddiasını rədd edərək, tətbiq edilən sanksiyaları “zəruri və yerində” adlandırıb.

Избранный
18
sportinfo.az

1Источники