RU

RİNN: "Elektron kommunikasiya haqqında" qanun layihəsi razılaşdırma prosesindədir

Azərbaycanda “Elektron kommunikasiya haqqında” Qanun layihəsi hazırlanaraq 12 dövlət qurumuna göndərilib.

Bunu"APA-Economics"ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov deyib.

"Layihə həmin qurumlardan daxil olmuş təkliflər əsasında təkmilləşdirilmiş və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılması prosesi davam etdirilməkdədir", - deyə R.Bayramov əlavə edib.

Qeyd edək ki, yeni qanunda Azərbaycanda internet sürəti və internet tariflərinə nəzarət, telekommunikasiya sahəsində sahibkarlara dəstək verilməsi kimi məsələlərin də yer alacağı gözlənilir.

Избранный
101
4
apa.az

5Источники