Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) elektron sənəd dövriyyəsini təşkil edəcək “AzDoc” proqram təminatından istifadəyə dair lisenziyaların yenilənməsinə ( L-large paket) və server resurslarından istifadəyə 57 348 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidmət “Azsoftware System” MMC göstərəcək.
AYNA və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının internet portalında keçirilməyib.
Cabir
Tarix: 11 Sentyabr 2025, 15:45