RU

Nəsimi Rayonunda “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı, Nəsimi Rayon İcra Hakimiyyəti və "Bakı Tikiş Evi" ASC-nin birgə təşkilatçılığı ilə “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib. Tədbir çərçivəsində Vətən müharibəsi əlilləri, şəhid övladları və rayonda imkanı məhdud ailələrin övladlarına məktəbli formaları təqdim edilib.

Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, müəllim və şagirdlərə təhsildə uğurlar arzulayıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov isə “Bilik Günü” ilə bağlı təhsil işçilərini, valideynləri və məktəbliləri təbrik edərək, dövlətin göstərdiyi qayğı və diqqətin onların uğurları ilə doğrultulacağına əminliyini ifadə edib.

Tədbirdə “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov da çıxış edərək təşkilatın sosial layihələrə verdiyi dəstəyi vurğulayıb.

Daha sonra çıxış edən şəhid atası Bağı Hüseynov şəhidin ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəbli formaları şagirdlərə təqdim olunub.

Bu tədbir dövlətin və ictimai təşkilatların sosial dəstək təşəbbüslərinin növbəti nümunəsi olaraq, təhsilin dəstəklənməsi və imtiyazlı ailələrə qayğının göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Избранный
6
2
xalqqazeti.az

3Источники