RU

Dövlət-özəl tərəfdaşlığı su sahəsində iri layihələrin gerçəkləşdirilməsinin effektiv alətidir - AİB

BAKI, TurkicWorld

Dövlət-özəl tərəfdaşlığı su sahəsində iri layihələrin gerçəkləşdirilməsinin effektiv alətidir.

TurkicWorld xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiyada özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar” mövzulu panel müzakirələrində çıxışı zamanı bildirib.

“Hökumət özəl şirkətlərin kapital, ekspertiza və lazımı texnoloji innovasiyalar gətirdiyi bir vaxta özəl sektorun iştirakı üçün siyasi dəstəki, normativ-hüquqi bazanı, standartları və stimulları təmin etməlidir”, - deyə Pinali bildirib.

Onun sözlərinə görə, AİB dövlət-özəl tərəfdaşlığının bundan sonra daha da inkişaf etdirilməsi üçün tərəfdaş hökumətlərlə əməkdaşlıq edir. O, həmçinin, qeyd edib ki, AİB başqa bir maliyyə innovasiyasından da istifadə edir, həmin innovasiya “qarışıq maliyyələşmə” adlanır.

“Bu, kommersiya baxımından, demək olar ki, dayanıqlı olmayan layihələrə özəl investisiyaların cəlb edilməsinə imkan verir. Bu, o deməkdir ki, layihə kapitalının səfərbər edilməsi üçün güzəştli şərtlərlə müəyyən məbləğ vəsait tələb olunur. Layihənin özü tam kommersiya baxımından dayanıqlı olmasa da, kiçik bir dəstək ilə bu statusa çata bilər”, - deyə Pinali əlavə edib.

Избранный
6
1
turkic.world

2Источники