RU

Sərdar Fərəcovun səhhətində irəliləyiş var, reanimasiyadan palataya köçürüləcək

BAKI, 11 sentyabr. TELEQRAF

"Həyat yoldaşımın səhhətində irəliləyiş var".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcovun həyat yoldaşı Elmira Fərəcova deyib.

Onun sözlərinə görə, Xalq artisti sabah xəstəxananın reanimasiya şöbəsindən palataya köçürələcək.

"Onun səhhətində əsas problemi ürəklə bağlıdır. Hazırda ürəyinə stent qoymaq mümkün deyil. Əvvəlcə ürək müalicəsi alacaq, sonra stent qoyulacaq", - deyə E.Fərəcova deyib.

Qeyd edək ki, Xalq artistinin Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam edir. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub.

Избранный
61
teleqraf.com

1Источники