Altı nəfərdən ibarət “Manifest” Musiqi Qrupu son hadisələrdən sonra yeni bəyanat yayıb.
Musavat.com xəbər verir ki, “Manifest”in İnstaqram hesabında yayılan açıqlamada qrupun Türkiyə turnesinin ləğv edildiyi açıqlanıb.
Açıqlamada deyilir: "Planlaşdırılan Manifest Türkiyə Turu ləğv edildi. Bileti satış kanalları vasitəsilə ödənişləri geri qaytara bilərsiniz. Təşəkkür edirik".
Qeyd edək ki, 6 sentyabrda baş tutan 18+ konsert zamanı qrup üzvlərinin geyim və rəqs performansları "nalayiq hərəkətlər" və "ictimai əxlaq və ədəb qaydalarını pozmaq" kimi qiymətləndirilib.
Məsələ ilə bağlı Türkiyə Cəza Məcəlləsinin 225-ci maddəsinə əsasən, cinayət işi açılıb, əlavə araşdırmalar aparılır.
Könül
Musavat.com