RU

Tramp Lukaşenkoya məktub göndərdi

ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkoya məktub ünvanlayıb.

Editor.az xəbər verir ki, bu barədə məlumatı Lukaşenkonun rəsmi «Pul Pervogo» Teleqram kanalı yayıb.

Məlumata görə, məktub Belarus prezidentinə Trampın nümayəndəsi Con Koul vasitəsilə çatdırılıb. Məktubda ABŞ prezidenti və xanımı Melaniya Lukaşenko­nu doğum günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıblar.

Həmçinin Tramp məktubunda ABŞ tərəfinin belaruslu tennisçi Arina Sobolenkonun Nyu-Yorkda keçirilən ABŞ Açıq çempionatında qələbəsinin tanınmasından məmnunluğunu ifadə edib.

//Samir Qurbanov, Editor.az

Избранный
18
editor.az

1Источники