Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın 15-nə qədər başa çatdırılması planlaşdırılır.
Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, bununla Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.
Qeyd edək ki, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinə bu il avqustun 6-da başlanılıb. Nəticədə Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər olunub.