“Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Aaron Maluda ilə anlaşıb.
Fransanın “Lill” klubunda çıxış edən yarımmüdafiəçi 1 illiyinə icarəyə götürülüb.
Qeyd edək ki, son mövsümü icarə əsasında Fransanın “Nim” klubunda keçirən 19 yaşlı futbolçunun “Lill”lə 2027-ci ilə qədər müqaviləsi var. Aaron Maluda Fransa millisinin keçmiş üzvü Florian Maludanın oğludur.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта