Paytaxtın Nizami rayonunda güclü külək nəticəsində işıq dirəyi aşıb.
Musavat.com-un məlumatına görə, hadisə Kamil Balakişiyev küçəsində baş verib.
Küləyin təsirindən aşan dirək ərazidə dayanan avtomobilin üzərinə düşüb.
Nəticədə maşına ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Şahanə Rəhimli,
Musavat.com