RU

"Mançester Yunayted"in qapıçısı "Trabzonspor"a keçdi

BAKI, 11 sentyabr. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Andre Onana karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Teleqraf xəbər verir ki, kamerunlu futbolçu "Trabzonspor"a keçəcək.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

29 yaşlı qolkiper növbəti mövsümü icarə əsasında Qara dəniz təmsilçisində keçirəcək.

Qeyd edək ki, Andre Onana 2023-cü ilin yayından "Mançester Yunayted"in şərəfini qoruyur. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Избранный
11
teleqraf.com

1Источники