RU

Makrona qarşı etiraz aksiyalarında 675 nəfər saxlanıldı

Dünən Fransada keçirilən Prezident Emmanuel Makrona qarşı etiraz aksiyalarında 675 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə 850 fərqli nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.

“Hamısını dayandıraq” şüarı ilə keçirilən etiraz aksiyalarında 211-i Parisdə olmaqla ümumilikdə 675 nəfər polis tərəfindən saxlanılıb.

Etirazlar, xüsusilə paytaxt Paris, eləcə də Lion və Renn şəhərlərində zorakılıqla müşayiət olunub.

Etirazçılar polisə müxtəlif əşyalar atıb, zibil qutularını yandıraraq yolları bağlayıblar. Polis isə nümayişçilərə qarşı bibər qazı və təzyiqli sudan istifadə edərək müdaxilə edib.

Избранный
96
operativmm.az

1Источники