RU

“Polşaya hücum Moskva Vaşinqton birgə maraqlarına yarayır...” Əli Orucov

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Prezident Trampın qeyri-stabil baxışları, Qərbin daha təsirli  praktik addımlarının ləngiməsi və Çinin ikiqütblü dünya nizamı istiqamətində artan fəallığı və güc nümayişi Putini cürətləndirərək aqressiyasının dozasını da, miqyasını artırmasına imkan verib...”

“Rusiya Polşanı hələ 3 il öncədən hədələyirdi. Hətta prezident Putin mətbuata açıqlamalarının birində Polşanın  şimal ərazilərinin bu dövlətə SSRİ diktatoru Stalin tərəfindən hədiyyə edildiyi barədə fikirlər də səsləndirmişdi. Ukrayna-Rusiya müharibəsi başlayandan Varşava fəal şəkildə Kiyevi dəstəklədi. Bu dövlət NATO-da və Avropa İttifaqında da  Rusiyaya qarşı sərt mövqe sərgilənməsini tələb edirdi. Kremlin Polşaya dron hücumları təxribat və Kremlin avantürasıdır. Nəzərə alsaq ki, NATO dövlətinə hücum bütünlüklə Alyansa hücum deməkdir, o zaman Putinin çox riskli oynadığını deyə bilərik. İndiki dönəmdə bunun Moskvaya lazım olduğunu düşünmürəm. NATO ilə birbaşa hərbi toqquşma ən azından taktiki nüvə silahının tətbiqinin reallaşma riskini artırır”. 

Siyasi şərhçi Əli Orucov Moderator.az-a açıqlamasında “Putinin Polşaya dron hücumunun məqsədi və Trampın buna reaksiyası barədə nə deyə bilərsiz?” sualını cavablandırarkən dilə gətirib.

“Ümumiyyətlə, götürsək, məhz Rusiyanın təcavüzkar siyasəti dünyanı böhran vəziyyətinə salıb və kütləvi qırğın silahlarının girovuna çevirib. Polşaya edilən hücum Moskvanın ambisiya və iddialarından nəinki çəkilməyəcəyini, əksinə, daha qorxunc olduğunu bir daha təsdiqlədi. Prezident Trampın qeyri-stabil baxışları, Qərbin daha təsirli  praktik addımlarının ləngiməsi və Çinin ikiqütblü dünya nizamı istiqamətində artan fəallığı və güc nümayişi Putini cürətləndirərək aqressiyasının dozasını da, miqyasını artırmasına imkan verib”, -deyə davamında həmsöhbətimiz bildirib. 

Siyasi şərhçi hesab edir ki, ABŞ prezidenti Rusiyanın Polşaya hücumuna adekvat reaksiya verməyib.

“Təəssüflər olsun ki, Ağ Ev rəhbəri bu hücumların qarşılığını adekvat olaraq verməyib. Sadəcə “Bu artıq NATO ilə müharibədir” bəyanatı verilməklə kifayətlənib. Halbuki Rusiyaya qarşı daha radikal cavab verilməlidir. Moskva ola bilsin, Polşaya hücum etməklə həm NATO, həm də Avropa İttifaqının nəbzini yoxlayır. Yaxud da  Qərbin Ukraynaya hərbi kontingenti yerləşməsi barədə planlarına preventiv cavabdır. Diqqəti yayındırmaq cəhdidir. Qərbə onun təhlükəsiz olmadığını anlatmaqdır. Göründüyü kimi, bu hücumlar Qərbdə həm təlaşı, həm də narahatlığı artırıb. Öz müdafiəsinin və təhlükəsizliyinin qayğısına qalıb. Moskva bu hücumu gerçəkləşdirməklə Kollektiv Qərb üçün vacib təhlükəsizlik çətiri olmasını və önəmini artırdı. Bundan sonra Qərbin Vaşinqtona qarşı çıxmaları və onun maraqları xaricində oynamaqları asan olmayacaq. Lakonik desək, bu hücum Moskva-Vaşinqton birgə maraqlarına yarayır...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
moderator.az

2Источники