RU

“Azərbaycan Qazaxıstan əməkdaşlığı strateji əhəmiyyət daşıyır” Politoloq

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırkı dövr Azərbaycan-Qazaxıstan  əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığı bir mərhələdir”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, burada həm iqtisadi, həm siyasi bir sıra faktorlar mövcuddur:“İndiki mərhələdə Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığı gücləndirir. Burada Özbəkistanla strateji əməkdaşlıq çərçivəsində yaradılmış Ortaq İnkişaf Fondu, Qazaxıstanla baş tutan yüksək səviyyəli görüşlər, qarşılıqlı investisiyalar və infrastruktur layihələri xüsusi yer tutur. Qazaxıstanla münasibətlərdə son zamanlar daha səmimi, qarşılıqlı hörmətə əsaslanan yanaşma müşahidə olunur. Hər iki ölkə liderliyi arasında artan siyasi yaxınlıq fonunda Qazaxıstanın Azərbaycanı strateji tərəfdaş kimi görməsi diqqət çəkir. Azərbaycanın logistika imkanları limanları, nəqliyyat dəhlizləri və tranzit xətləri Qazaxıstan üçün alternativ ixrac marşrutu kimi böyük əhəmiyyət kəsb edir. Xüsusilə, Qazaxıstanın neft və qaz resurslarının Azərbaycan üzərindən Avropaya çıxarılması ehtimalı bu əməkdaşlığın iqtisadi dəyərini artırır. Eyni zamanda, Qazaxıstanın filiz və digər məhsulları da Azərbaycan vasitəsilə Qərbə daşına bilər”.Politoloq əlavə edib ki,  Azərbaycan və Qazaxıstanın münasibətləri təkcə iqtisadi sahədə deyil, həm də regional geosiyasi balans baxımından önəmlidir:“Qazaxıstan uzun illər Rusiya ilə sıx əlaqələrə malik olsa da, son dövrlərdə müstəqil mövqe nümayiş etdirməkdə maraqlıdır. Bu baxımdan Azərbaycan, Qazaxıstan üçün həm alternativ siyasi tərəfdaş, həm də Rusiya təsirindən nisbətən azad olan əməkdaşlıq platforması rolunu oynaya bilər. Qazaxıstan müəyyən dövrlərdə Rusiyanın təzyiqləri ilə üzləşib. Bu səbəbdən, hər iki ölkə arasında qarşılıqlı siyasi dəstəyin güclənməsi hazırkı kontekstdə strateji zərurətə çevrilib”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
demokrat.az

2Источники