RU

Litva Prezidenti Trampa təşəkkür etdi

Belarusda azad edilmiş cəmi 52 məhbus respublikanın Litva ilə sərhədini keçib.

Redaktor.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda X sosial şəbəkəsində yazıb.

"Heç kim qalmadı! Bu gün Belarusdan 52 məhbus Litva sərhədini sağ-salamat keçib". "Mənim üçün xüsusilə vacib olan onların arasında 6 litvalı da var idi. Mən ABŞ-yə və şəxsən Prezident Donald Trampa siyasi məhbusların azad edilməsi üçün göstərdikləri davamlı səylərə görə dərin minnətdarlığımı bildirirəm",- deyə o, paylaşımda qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Избранный
25
2
redaktor.az

3Источники