RU

Qriqoryan və Mustafayevin nümayəndə heyətləri Sünik və Zəngilanda olublar

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycan və Ermənistan nümayəndə heyətləri delimitasiya komissiyalarının işi çərçivəsində Sünik və Zəngilana səfər ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan-mətbuatına baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat verib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, 2025-ci il sentyabrın 5-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin iki ölkənin ərazilərinə qarşılıqlı səfərləri baş tutub. "İki ölkənin nümayəndə heyətləri sərhədyanı ərazilərə - Sünik rayonunun cənub hissələrinə və Zəngilan bölgəsinə səfər ediblər", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin məlumatında bildirilirdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin müvafiq sahələrinin/seqmentlərinin delimitasiyası və mina təmizlənməsi ilə bağlı məsələləri, həmçinin zəruri infrastrukturun bərpası və tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri kommunikasiya quruculuğu sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə müzakirə ediblər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
bizimyol.info

1Источники