RU

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

“AD Scientific Index” 2025-ci il üçün ali təhsil və elmi-tədqiqat müəssisələrinin növbəti reytinq nəticələrini təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu “AD Scientific Index” reytinqində ölkə üzrə 2-ci yerə layiq görülüb. 

TƏHSİL.BİZ  xəbər verir ki, dünya üzrə reytinq nəticələrinə əsasən isə ADNSU 5643-cü mövqedə qərarlaşıb.

Universitetin 168 nəfərlik akademik heyəti arasında bir sıra alimlər fərqlənib. Belə ki, ADNSU-nun 1 alimi dünyanın top 10-da, 1 alimi top 30-da, 16 alimi top 50-də, 64 alimi isə top 70-də yer alıb. Bu göstəricilər universitetin elmi potensialının yüksəldiyini və beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.

Açıqlanan nəticələrə əsasən, ümumilikdə 24 min 520 ali təhsil və tədqiqat müəssisəsi reytinqə daxil edilib. Universitetlər üç əsas kateqoriya üzrə (ümumi-29, dövlət-23, özəl-6) sıralanıb.

Bununla yanaşı, reytinqdə 24 tədqiqat institutu, 1 şirkət və bir sıra xəstəxanalar da yer alıb. “AD Scientific Index” yalnız ali təhsil müəssisələrini deyil deyil, həmçinin müxtəlif elm və səhiyyə ocaqlarını əhatə edən unikal qiymətləndirmə sistemi kimi fərqləndirir.

“AD Scientific Index” (“Alper-Doger Scientific Index”) elmi jurnallar və universitetlər üzrə qiymətləndirmələr aparmaqla yanaşı, alimlərin elmi fəaliyyətini və məhsuldarlığını təhlil edən reytinq və analiz sistemidir. Bu sistem alimlərin elmi fəaliyyətlərinə görə universitet və ya institut daxilində top 10, 20, 40, 60, 80, 90 faizlərində və ümumi alimlər üzrə paylanmasını təhlil edən yeganə universitet/institut reytinq sistemidir. Həmçinin,“AD Scientific Index” universitetləri ümumi H-indeksi, son 6 il H-indeksi, ümumi i10 indeksi və sitatlar əsasında sıralama imkanı təqdim edir.

ADNSU, həmçinin dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan “Quacquarelli Symonds” (“QS”) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralamasının nəticələrinə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.

 

Избранный
11
7
tehsil.biz

8Источники