RU

“Çelsi”yə qarşı 74 qayda pozuntusu ittihamı irəli sürülüb

İngiltərə Futbol Assosiasiyası (FA) İngiltərənin “Çelsi” klubuna qarşı qayda pozuntularına yol vermələri ilə əlaqədar 74 ittiham irəli sürüb.

“İki sahil” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ittihamlar 2009–2022-ci illəri, əsasən 2010/2011 və 2015/2016 mövsümlərini əhatə edir.

İttihamların futbol agentləri ilə əməkdaşlıq və üçüncü şəxslərin futbolçulara investisiyaları ilə bağlı qaydaların pozulması ilə əlaqəli olduğu bildirilib. İddiaya görə, klub sentyabrın 19-dək FA-ya cavab verməlidirlər

Xatırladaq ki, 2023-cü ilin noyabrında “Çelsi”nin sabiq prezidenti Roman Abramoviçin ofşor şirkətləri vasitəsilə maliyyə feyr-pley qaydalarını pozmuş ola biləcəyi üzə çıxmışdı. London təmsilçisi həmin vaxt Eden Azar, Nqolo Kante, Uillian və Samuel Eto ilə bağlı gizli ödənişlər səbəbindən cərimə və Premyer Liqada xallarının silinməsi təhlükəsi ilə üzləşmişdi.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”yə rəhbərlik edib və 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra klubu satıb.

Избранный
11
9
ikisahil.az

10Источники