RU

Bahar Muradova AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb

Bakı. Trend:

11 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibiKayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədriBahar Muradova, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək,vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-inBeyin Mərkəzləri Forumunun ilk dəfə olaraq Çindən kənarda məhzAzərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb.

O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyisiyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə,Çin və Avropanı birləşdirən dəhlizlərin qovşağında yerləşənölkəmizin ölkələr və xalqlar arasında sülh, təhlükəsizlik vəəməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadəedib.

Dialoq üçün platforma olan AQEM-in artıq beynəlxalq təşkilataçevrilməkdə olduğunu, yenidən təsisatlanma və inkişaf dövrünüyaşadığını bildirib. Təşkilatın gələcək fəaliyyətində ailəinstitutunun əhəmiyyətinin və qadınların gücləndirilməsiməsələlərinin əsas xətt olacağını bidirən sədr, bu yanaşmanıntəşkilata üzv ölkələr arasında həmrəyliyə və cəmiyyətlərininkişafına mühüm töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.

Kayrat Sarıbay AQEM-in mövcudluğu dövründə həyata keçirdiyifəaliyyətlərə toxunaraq qeyd edib ki, təşkilat ötən müddət ərzindəüzv dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması,təsisatlanma prosesinin gücləndirilməsi, eləcə də dialoqun təşviqivə birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əhəmiyyətliirəliləyiş əldə edib.

Baş katib Azərbaycanın AQEM-dəki fəal rolunu və sədrliyidövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək,təşkilatın inkişafı və beynəlxalq səviyyədə daha səmərəli fəaliyyətgöstərməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib. Tərəfləryaxın gələcəkdə AQEM çərçivəsində birgə tədbirlərin təşkili vəəməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılığagəliblər.

Məqalədə:
Избранный
17
3
az.trend.az

5Источники