RU

TƏBRİK!

Çiçəklərin gözəli, 
Ətirlisi, Nərgizim!
Allah verən sevincsən, 
Ömrümüzdə sən bizim!

Şıltaqlığın özəllik,
Təbəssümün gözəllik,
Qoy yandırım üzərlik,
Qorunasan, Nərgizim!

Ürək açmışam sənə,
Yüyürüb gəl sən mənə,
Qoy küsməsin heç nənə,
Babanınsan, Nərgizim!

Sentyabr ayı ailəm üçün çox əzizidir. Bu ayın sevinc payı iki nəvəmin və qızımın doğum günü ilə yaddaşımıza yazılıb. İlk ad günü Nərgizimin payına düşür. Onu bütün ailəmiz adından, xüsusilə, Nigarın, Aysunun, Atillanın və Fatehin adından ürəkdən təbrik edirəm və ona hamının adından deyirəm ki:

Yeni yaşın, xoş günün,
Bizim üçün özəldi,
Ad gününü qeyd etmək,
Gözəldən də gözəldi.

Bu təbrikə atan, anan, bibin, dayın, xalan, əmin və nənən Zərnigar xanımla baban Əbülfət Mədətoğlu da ürəkdən qoşulur. Doğum günün mübarək, Nərgizim!

Избранный
41
adalet.az

1Источники