RU

ABŞ "Belavia"ya qarşı sanksiyaları ləğv etdi

ABŞ prezidentinin sözçüsü Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə Vaşinqtonun "Belavia" Hava Yollarına qarşı sanksiyaları ləğv etdiyini bildirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qərarı ABŞ Prezidenti Donald Tramp qəbul edib.

Qeyd olunub ki, Dövlət Departamenti, Ticarət Departamenti, Xəzinədarlıq Departamenti və digər qurumlar məhdudiyyətlərin aradan qaldırılması səylərində iştirak edir.

Избранный
6
operativmm.az

1Источники